...

Rusiya aviaşirkəti Azərbaycana uçuşlar keçirmək üçün icazə alıb

İqtisadiyyat Materials 22 Dekabr 2022 13:15 (UTC +04:00)
Rusiya aviaşirkəti Azərbaycana uçuşlar keçirmək üçün icazə alıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “Red Wings” aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə verib.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, "Rosaviasiya"nın qərarı ilə "Red Wings" aviaşirkəti Orenburqdan Bakıya həftədə beş dəfə planlaşdırılmış tezliklə reyslər həyata keçirə biləcək.

Eyni zamanda, Agentlik qeyd edir ki, bu icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil.

Bu icazə aviaşirkətin uçuşlar bərpa olunarkən istifadə edə biləcəyi hüququdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti