...

Qarabağ və Şərqi Zəngəzurdakı faydalı qazıntı yataqlarından yenidənqurma işlərində istifadə nəzərdə tutulur

İqtisadiyyat Materials 17 Yanvar 2023 11:24 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdakı faydalı qazıntı yataqlarından yenidənqurma işlərində istifadə nəzərdə tutulur
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələri razılaşdırılması üçün aidiyyəti dövlət qürumlarına göndərilib.

Trend-in məlumatına görə, bunu bu gün Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2023-cü ildə Agentliyin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti