...

Ötən il büdcə gəlirləri artıb

İqtisadiyyat Materials 18 Yanvar 2023 17:17 (UTC +04:00)
Ötən il büdcə gəlirləri artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 16,2% artaraq 30 660,6 milyon manata çatıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2022-ci ildə büdcənin xərcləri isə 2021-i illə müqayisədə 16,7% artaraq 32 008,3 milyon manat təşkil edib.

Başqa sözlə, ötən il büdcədə 1 347,7 milyon manat kəsir yaranıb.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnoza qarşı 26 milyard 396,3 milyon manat təşkil edib. Bu da 969,3 milyon manat, yaxud 3,8 faiz artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti