...

Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər

İqtisadiyyat Materials 19 Yanvar 2023 04:46 (UTC +04:00)
Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər

Bakı. Trend:

Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib.

“Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini ötən ilin yekununda olan 34 milyard dollardan ildə 100 milyard dollaradək artırmağı qarşımıza məqsəd qoymuşuq”, - deyə Çavuşoğlu qeyd edib.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, o, ABŞ-ın dövlət katibini mart ayında Antalyada keçiriləcək beynəlxalq diplomatik forumda iştirak etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti