...

Zəngilan, Qubadlı və Kəlbəcərdə torpağın keyfiyyəti öyrənilib (FOTO)

İqtisadiyyat Materials 9 Fevral 2023 12:38 (UTC +04:00)
Zəngilan, Qubadlı və Kəlbəcərdə torpağın keyfiyyəti öyrənilib (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında torpağın keyfiyyətinin öyrənilməsi üzrə işlər yekunlaşıb.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ərazilərin minalanmış sahələri nəzərə alınmazsa, bu rayonlarda torpağın keyfiyyəti artıq müəyyən edilib.

"Məsələn, Zəngilan ərazisi 71 min hektar təşkil edir. Bunun 2,2 min hektarı yaşayış üçün, 43,5 min hektarı isə kənd təsərrüfatı fəaliyyəti üçün yararlıdır, 109 hektar strateji ərazidir və 15,3 hektar meşə fondunun payına düşür", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti