...

Əmlakın dövlət qeydiyyat prosedurunun vaxtı azalıb

İqtisadiyyat Materials 24 Fevral 2023 14:41 (UTC +04:00)
Əmlakın dövlət qeydiyyat prosedurunun vaxtı azalıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində islahatlar nəticəsində "vahid pəncərə" prinsipi ilə prosedurların vaxtı yeddi gündən bir günədək, prosedurların sayı isə dörddən birədək azalıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin idarəetmə heyətinin sədri "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

"İslahatlar aparılan zaman əsas diqqət prosedurların sayına, xərclərə, ödəniş üsullarına və sənədlərin alınma qaydasına yetirilib. Əsas məqsəd administrativ-icbari prosedurların azaldılması hesabına "vahid pəncərə" prinsipinin həyata keçirilməsini təmin etmək idi. Bu dəfə nəzərdə tutulmuş hədəflər optimallaşdırmadan və vahid ödəniş sisteminin tətbiqindən ibarət idi ki, bu da xərcləri minimallaşdırmağa, xidməti asanlaşdırmağa, sənədlərin həcmini azaltmağa və vaxt itkisinin qarşısını almağa imkan verəcəkdi. Nəticədə həm prosedurların sayı, həm də sərf olunan vaxt əhəmiyyətli dərəcədə azaldı", - o deyib.

Xəbər lenti

Xəbər lenti