...

Azərbaycan 2023-cü ilin əvvəlindən sitrus meyvələrinin ixracını artırıb

İqtisadiyyat Materials 18 Mart 2023 13:03 (UTC +04:00)
Azərbaycan 2023-cü ilin əvvəlindən sitrus meyvələrinin ixracını artırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilin əvvəlindən 750,8 ton sitrus meyvəsi ixrac edib.

Trend-ə bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən deyiblər.

Nazirlikdə illik hesablamada bu göstəricinn 10,8 dəfə artdığı vurğulanıb.

"İxrac göstəricisi dəyər ifadəsində 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,3 dəfə artaraq, 582,8 min dollar olub", - nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanın ixrac olunan kənd təsərrüfatı məhsullarının dəyəri 2021-ci illə müqayisədə 3,2 faiz artaraq 1,14 milyard dolları keçib. Ötən il ölkədən ümumilikdə 396 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə 5,6 faiz yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti