...

Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir - Proqnoz

İqtisadiyyat Materials 30 Mart 2023 10:58 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir - Proqnoz
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Qazprombankı Azərbaycan Mərkəzi Bankının mayın 3-də keçiriləcək iclasında təkrar maliyyələşdirmənin faiz dərəcəsinin növbəti dəfə 0,25 faiz bəndi artaraq 9 faizə çatacağını gözləyir.

Bu barədə Trend-ə "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.

Onun fikrincə, Azərbaycan Respublikasının Mərkəzi Bankı toplam tələbin həddindən artıq genişlənməsinin qarşısını almaq hesabına inflyasiya təzyiqini zəiflətmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək.

"Proqnozlara əsasən inflyasiya ləngidikdə biz faiz dərəcəsinin artımında və daha sonra azalmasında fasilə imkanı görürük. AMB monetar şərtlərin sərtləşdirilməsində fasilə verə bilər, lakin bizim fikrimizcə, azalma tsikli ən tez növbəti ilin birinci rübü yenilənə bilər", - o deyib.

Qeyd edək ki, AMB fevralın əvvəlində yenilənmiş ilin sonuna olan inflyasiya proqnozunu təsdiqləyərək bildirib ki, yeni qiymət şokları olmasa əvvəlki kimi inflyasiyanın illik hesablamada 8 faizədək ləngiməsini gözləyir. Tənzimləyici həmçinin qeyd edib ki, iqtisadiyyatda inflyasiya təzyiqinin zəifləməsinə ayrı-ayrı qiymətlər qrupunun tənzimlənməsi üzrə qeyri-monetar tədbirlər imkan yaradacaq ki, bu da təkcə birbaşa dezinflyasiya təsiri deyil, həm də inflyasiya gözləntilərinin zəifləməsi ilə dolayı təsir göstərəcək.

Xatırladaq ki, martın 29-da Azərbaycan Respublikası Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti