Bakı. Trend:
Prezident İlham Əliyevin açıq və şəffaf biznes mühitinin təmin olunması üzrə təşəbbüslərini yüksək qiymətləndiririk.
Trend xəbər verir ki, bu barədə Bakıda səfərdə olan ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı mətbuat konfransında deyib.
"ABŞ Prezident İlham Əliyevin daha açıq, şəffaf və proqnozlaşdırıla bilən biznes mühitinin təmin edilməsi üzrə təşəbbüslərini qətiyyətlə dəstəkləyir. Biz Azərbaycanı şirkətlərin rəqabət apara biləcəyi açıq tenderlərin keçirilməsində, o cümlədən güclü və müstəqil məhkəmə sisteminin təmin edilməsində, əqli mülkiyyətin etibarlı qorunmasında, vergi qanunlarının şəffaf tətbiqində dəstəkləyirik", - deyə o bildirib.