...

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı böyüməkdədir - Səfir

İqtisadiyyat Materials 7 Aprel 2023 12:16 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı böyüməkdədir - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq aktiv şəkildə inkişaf etməkdə və böyüməkdədir.

Trend cümə günü xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masada deyib.

"Qazaxıstanla ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Münasibətlərimizin inkişafı üçün hər bir şərait, o cümlədən iqtisadi potensial, enerji resursları, əlverişli coğrafi məkan və digər faktorlar mövcuddur", - o deyib.

Səfir həmçinin Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuş dəyirmi masanın iki ölkənin inteqrasiya proseslərinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin fevral ayında Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 99,719 milyon dollar olub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti