...

Hesablama Palatası tərəfindən Naxçıvanda aparılan yoxlamaların nəticələri açıqlanıb

İqtisadiyyat Materials 12 Aprel 2023 11:04 (UTC +04:00)
Hesablama Palatası tərəfindən Naxçıvanda aparılan yoxlamaların nəticələri açıqlanıb

Bakı. Trend:

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılması planlaşdırılıb.

Trend xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, hesabat ilində 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyət təxirə salınıb.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri bir sıra nəzarət obyektləri tərəfindən büdcə layihələrinin düzgün tərtib edilmədiyini deməyə əsas verir. Belə ki, obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən əvvəlki illərin faktiki göstəriciləri nəzərə alınmayıb, təlabat düzgün müəyyənləşdirilməyib və smeta əsassız artımlarla tərtib edilib. İlin sonunda nəzarət obyektləri tərəfindən təsdiq olunmuş smetaların iqtisadi təsnifatın paraqrafları üzrə istifadə edilməmiş vəsaitlərinin azaldılaraq ehtiyat fonduna yönəldilməsi hallarına rast gəlinib. Audutlər zamanı 10 obyekt üzrə bəzi hallarda vahid büdcə təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edildiyi üzə çıxıb.

Hesablama Palatası tərəfindən Naxçıvanda aparılan yoxlamalar zamanı əməyin ödənişi üzrə bir sıra nöqsanlar da müəyyən edilib. Bildirilib ki, əmək məzuniyyətindən qayıtmış işçi ilə hesablaşmalar və vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət və işdən azad olunan işçilərə ödənilən son haqq-hesab düzgün hesablanmayıb, ixtisas dərəcəsinin verilməsi zamanı staj nəzərə alınmayıb. Həmçinin nəzarət obyektlərində bir sıra hallarda əməkdaşları vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblərin gözlənilməməsi, kənardan cəlb edilmiş işçilərlə xidməti müqavilələrin düzgün bağlanmaması kimi hallara yol verilib. Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövr ərzində kənar dövlət maliyyə nəzarəti (KDMN) obyektləri üzrə -13,5 min manat artıq və 4,2 min manat əksik ödəmələrin həyata keçirildiyi müəyyən edilib.

Naxçıvanda 5 kənar dövlət maliyyə nəzarəti obyekti üzrə 2017-2022-ci illəri əhatə edən dövr ərzində ümumilikdə 18,7 milyon manatın istifadəsi zamanı "Dövlət satınalmaları haqqında qanuna müraciət edilməyib.

Sadalananlarla yanaşı ilkin uçot sənədlərinin təetibində uyğunsuzluqlar və xodmət sahələrində gəlirlər üzrə vergi ödənişlərinin tam şəkildə həyata keçirilməməsi halları da müşahidə edilib. Bir nəzarət obyekti üzrə 6,8 min manat vergi yayınması halı olub.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti