...

Bəzi hallarda əməkhaqqı kartlarına hesablanmış məbləğdən daha çox vəsait köçürülüb - Hesabat

İqtisadiyyat Materials 12 Aprel 2023 13:07 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi qurumlar tərəfindən davamiyyəti olmayan işçilərə əməyin ödənişi edilmiş, bəzi hallarda hesablanmış məbləğlər şişirdilmiş, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsait köçürülüb.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən uyğunluq auditləri ilə 9,7 mln. manat məbləğində əmək haqqı ilə bağlı maliyyə pozuntuları aşkarlanıb.

Aşkarlanmış pozuntularla bağlı bölgülər aşağıdakı kimidir:

Artıq ştatların saxlanılması - 2,1 mln. manat

Davamiyyəti olmayanlara əməyin ödənişi - 4,2 mln. manat

Hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi – 1,5 mln. manat

Dövlət qulluqçusu olmayanlara əsassız ödənişlər - 0,3 mln. manat

Ali təhsili və ya müvafiq ixtisası olmayanların vəzifəyə təyin edilməsi və əməkhaqqının verilməsi – 0,5 mln. manat

Məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanmaması- 0,5 mln. manat

Nəzərdə tutulmadığı halda, mükafat və maddi yardımların verilməsi – 0,5 mln. manat

Digər nöqsanlar – 0,1 mln. manat

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti