...

2025-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır

İqtisadiyyat Materials 20 Aprel 2023 07:49 (UTC +04:00)
2025-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan daha çox Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin 10 milyon tona çatdırılması üzərində işləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanla imzalanmış yol xəritələrinə uyğun olaraq, 2025-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin 10 milyon tona çatdırılması planlaşdırılır.

Baş nazir qeyd edib ki, bu il Orta Dəhlizlə 2 milyon tona qədər yükün daşınacağı gözlənilir.

Daha əvvəl Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirmişdi ki, Orta Dəhlizin inkişafı Qazaxıstan və Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək və Qazaxıstan bu marşrutun inkişafı üçün hər cür səy göstərəcək.

O bildirib ki, bu nəqliyyat marşrutunun reallaşdırılması ticarətə təkan verəcək.

Qeyd edək ki, Orta dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti