...

Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 20 Aprel 2023 13:14 (UTC +04:00)
Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin mart ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 2 faiz artaraq, 547 min 684 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 1 faiz azalaraq 511 min 61 nəfər, beynəlxalq reyslər üzrə isə 71 faiz artaraq 36 min 623 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 4 min 584 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq, 3 min 856 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 45 faiz artaraq, 727 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 4 min 536 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz artaraq 3 min 923, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 613 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti