Bakı. Trend:
2023-cü ilin yanvar-mart ayında Türkiyə limanları 21 milyon 203 min 117 ton neft məhsulları qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 1 milyon 49 min 546 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 20 milyon 153 min 571 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayında Türkiyə limanlarından transit yolu ilə 11 milyon 974 min 201 ton neft məhsulları daşınıb.
Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.
Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.
2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.