...

TCDD şirkəti dəmiryolu nəqliyyatı sahəsi üzrə 20-dən çox layihə həyata keçirəcək

İqtisadiyyat Materials 26 Aprel 2023 15:11 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ildə Türkiyənin TCDD GN. DM. şirkəti dəmiryolu nəqliyyatı sahəsi üzrə ölkədə 25 layihə həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 28,1 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə dəmiryolu nəqliyyatı sahəsi üzrə 51 layihə həyata keçiriləcək.

Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 28,1 milyard lirədir.

Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri, 121,7 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti