...

Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də nümayiş etdirilib

İqtisadiyyat Materials 27 Aprel 2023 15:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz rəsmi sosial media hesabında bildirib.

Qeyd edək ki, raketin reaktiv mühərriki, stabilləşdirilmiş kamera sistemi, süni intellekt proqram təminatından sistem dizaynına qədər bütün hissələri türk mühəndislər tərəfindən hazırlanıb.

Məlumat üçün bildirək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Xəbər lenti

Xəbər lenti