...

Azərbaycanın 600 fermer Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək

İqtisadiyyat Materials 15 May 2023 12:05 (UTC +04:00)
Azərbaycanın 600 fermer Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 40 bölgəsindən 600-a yaxın fermer Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək.

Trend bazar ertəsi xəbər verir ki, bunu "Caspian event organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə "Caspian Agro" 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sərgisində 479 şirkət və 31 ölkə, qida sənayesi sərgisində isə 17 ölkədən 161 şirkət iştirakını təsdiqləyib.

"Şirkətlərin məhsullarını qida məhsulları, içkilər, texnologiyalar, kənd təsərrüfatı məhsullarının rəqəmsallaşmasının sürətləndirilməsi kimi sektorlara ayırmaq olar. Həmçinin sərgi iştirakçıları arasında razılaşmalar əldə olunacağını gözləyirik. Xaricdən Azərbaycana sərgidə iştirak üçün 2 minə yaxın sahibkarın gələcəyi gözlənilir", - deyə o əlavə edib.

Qeyd edək ki, 17-19 may tarixlərində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinin keçirilməsi planlaşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti