...

Nazir müavini inflyasiya ilə bağlı məsələyə aydınlıq gətirdi

İqtisadiyyat Materials 7 İyun 2023 11:45 (UTC +04:00)
Nazir müavini inflyasiya ilə bağlı məsələyə aydınlıq gətirdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu rəqəm proqnozlaşdırılır.

“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi proqnozlaşdırılır. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur", - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti