...

Azərbaycanda neft-qaz sektorunda çalışanların faizi açıqlanıb

İqtisadiyyat Materials 21 İyun 2023 10:54 (UTC +04:00)
Azərbaycanda neft-qaz sektorunda çalışanların faizi açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin cəmi 5 faizi neft-qaz sektorunda çalışır, lakin onların yaratdığı dəyər, iqtisadiyyatın digər sahələrində yaradılan dəyərdən qat-qat artıqdır.

Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, sektorlar üzrə əmək məhsuldarlığı da qarşıda duran əsas çağırışlardan biridir.

"Növbəti dövr üçün məşğulluq, iqtisadiyyat və təhsil sistemi arasında körpünün daha da genişləndirilməsi ana hədəflərimizdən biri olacaq. İqtisadi inkişafımızın drayveri insan resursumuzdur”,- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti