...

Azərbaycanda bank kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 24 İyun 2023 12:16 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il 1 yanvar tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı – 13.6 milyon ədəd olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bu son 5 il ərzində 2 dəfə artım deməkdir.

“2022-ci ildə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 24.4 mlrd manat olub (son 5 ildə 8 dəfə artım) əməliyyatların sayı 460 mln ədəd (son 5 ildə 12 dəfə artım)”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti