Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Trend xəbər verir ki, bu barədə nazir “X” (tvitter) sosial şəbəkədə hesabında yazıb.
“Azərbaycanda investorlar üçün yaradılan əlverişli mühit, alternativ və bərpa olunan enerji sahəsində ölkəmizin potensialı və əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, - nazir paylaşımında əlavə edib.