...

Bank sektorunun kredit portfeli kifayət qədər sağlamdır - AMB sədri

İqtisadiyyat Materials 10 Oktyabr 2023 18:19 (UTC +04:00)
Bank sektorunun kredit portfeli kifayət qədər sağlamdır - AMB sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə sektorunun 96 faizi banklara, yerdə qalan 4 faiz sığorta şirkətləri, bank olmayan kredit təşkilatları və investisiya şirkətlərinə məxsusdur.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

"Bizim bank sektorumuz dayanıqlıdır. Avqust ayına olan məlumata görə, qeyri-işlək kredit portfelinin ümumi kredit portfelinə nisbəti 3,6 faizdir. 2016-cı ildə bu göstərici 21 faiz olub. Bizim bank sektorunun kredit portfeli kifayət qədər sağlamdır. Dünya təcrübəsinə baxdıqda 3,6 faiz kifayət qədər yaxşı göstəricidir", - AMB sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti