...

Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR Capital”ı mükafatlandırdı

İqtisadiyyat Materials 16 Oktyabr 2023 18:11 (UTC +04:00)

Cari ilin 12 oktyabr tarixində mərkəzi ofisi London şəhərində yerləşən Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması tərəfindən maliyyə və biznes kateqoriyaları üzrə 2023-cü ilin qalibləri müəyyən edilib. Qabaqcıl şirkətlərin strateji və funksional performanslarının təhlili əsasında hər il fərqli sektorlar üzrə qaliblərin elan olunduğu platformada bu il “SOCAR Capital” MMC “Fastest Growing Corporate Bond Issuer–Azerbaijan 2023” (Ən Sürətli İnkişaf Edən Korporativ İstiqraz Emitenti–Azərbaycan 2023) nominasiyasında mükafata layiq görülüb. Beləliklə, SOCAR Capital 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkili ediləcək 11-ci mükafatlandırma mərasiminə dəvət olunub.

Artıq 10 ildir ki, mükafatlandırma tədbirlərini həyata keçirən IFM nəşri makro və mikro səviyyələrdə qlobal iqtisadi təhlil və araşdırmalar aparır, ölkələr və investorlar üçün orta və uzunmüddətli proqnozlar təqdim edir, eyni zamanda ekspert rəy və təkliflərindən ibarət məqalə-analitik yazılar hazırlayır.
2016-cı ildə “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.
İndiyədək BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Mozambik, Şri-Lanka və Livanda sənaye gigiyenası, böhran kommunikasiyası, sertifikatlaşdırılmış üçüncü tərəf risklərinin idarə edilməsi, “Basel III”, bank riskləri, qaydalar və kompensasiyaların idarə edilməsi kimi mövzularda 50-dən artıq təlim keçirən IFM platforması hazırda Sakit okean hövzəsi və Afrika regionu ölkələri ilə də əməkdaşlıq təmaslarını inkişaf etdirir.
Platformanın əhatə etdiyi əsas mövzulara bankçılıq, islam maliyyəsi, aktivlərin idarə edilməsi, hedc fondları, pensiya fondları, inkişaf etməkdə olan bazarlar, daşınmaz əmlak, telekom, neft və qaz daxildir.

Qeyd edək ki, jurnalın rəsmi veb-saytı Böyük Britaniyada ən çox ziyarət edilən 10 maliyyə veb-saytından biridir.

Qaliblərin adlarının elan olunduğu müvafiq xəbərə jurnalın rəsmi veb–saytından https://awards.internationalfinance.com qeydiyyatdan keçərək, daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti