...

Pekində Azərbaycanın “China Energy” şirkəti ilə əməkdaşlığı müzakirə edilib (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 18 Oktyabr 2023 08:49 (UTC +04:00)
Pekində Azərbaycanın “China Energy” şirkəti ilə əməkdaşlığı müzakirə edilib (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib.

Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.

Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” barədə məlumat verilib. “China Energy” şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.

xxx

08:49

Energetika naziri Pərviz Şahbazov Pekində "China Energy" şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

"Pekində "China Energy" şirkətinin sədri Lyu Zexiang ilə görüşdə azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının inşası və ixrac məqsədli "Yaşıl Enerji" layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti