...

İlin əvvəlindən İsrail Türkiyədən polad məhsulları idxalını azaldıb

İqtisadiyyat Materials 19 Oktyabr 2023 11:34 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında İsrailə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz azaldaraq 723 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Sentyabr ayında Türkiyə İsrailə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,4 faiz azaldaraq 92,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq, 11,1 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 21,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 15,1 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti