...

Valyuta bazarında tarazlıq məzənnə sabitliyini dəstəkləyir - AMB sədri

İqtisadiyyat Materials 2 Noyabr 2023 12:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda valyuta bazarında müşahidə olunan tarazlıq məzənnə sabitliyini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, fiskal əməliyyatlarla əlaqədar olaraq Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 248 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Xəbər lenti

Xəbər lenti