...

11 ayda respublikada elektrik enerjisi istehsalı artıb

İqtisadiyyat Materials 15 Dekabr 2023 14:23 (UTC +04:00)
11 ayda respublikada elektrik enerjisi istehsalı artıb

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 mln. kVt·st, yəni 0,8 % artaraq 26 487,5 mln. kVt/st olub.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 mln. kVt/st, SES-lərdə 1 636,5 mln. kVt/st, digər mənbələr üzrə isə 325,9 mln. kVt/st təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 54,3 mln. kVt/st, günəş elektrik stansiyalarında 69,7 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 mln. kVt·st (İES-lərdə 22 363,3 mln. kVt/st, SES-lərdə 1 531,6 mln. kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 mln. kVt/st (İES-lərdə 295,5 mln. kVt/st, SES-lərdə 90,9 mln. kVt/st, Günəş ES-də 57,8 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 mln. kVt/st təşkil edib.

2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 mln. kVt/st, idxalı isə 200,8 mln. kVt/st olub.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 mln. kVt/st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 mln. kVt/st, ixrac isə 401,2 mln. kVt/st təşkil edib.

Xəbər lenti

Xəbər lenti