...

Nazir müavini Azərbaycanın ÜDM-də özəl sektorun payını açıqlayıb

İqtisadiyyat Materials 28 Dekabr 2023 23:39 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) özəl sektorun payı 86,5 faiz, məşğulluqdakı payı isə 78 faizdən çoxdur.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bir sıra biznes nümayəndələrinə "Dayaq" mükafatının təqdim edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 faizi KOB-lardır.

"2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,2 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri neft-qaz sektorunun ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard ABŞ dollarına çatıb. Sahibkarlar da öz növbəsində onlar üçün yaradılmış əlverişli imkanlardan istifadə edərək, uğurla fəaliyyət göstərirlər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti