...

Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir - BVF

İqtisadiyyat Materials 20 Aprel 2024 11:22 (UTC +04:00)
Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa şöbəsinin direktoru Alfred Kammer BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində iqtisadi perspektivlər üzrə brifinqdə deyib.

"2023-cü ilin ortalarında biz siyasətdə mütləq dönüşün və pul-kredit sahəsində mühüm sərtləşmə, eləcə də büdcə sahəsində büdcə konsolidasiyası ilə yeni siyasətin tətbiqinin şahidi olduq", - o deyib.

Kammerin sözlərinə görə, BVF artıq bir sıra nailiyyətləri görür və məsələ təkcə reallaşması üçün çox zaman tələb olunan ədeflyasiyada deyil.

"Lakin bu siyasət sayəsində Türkiyənin həssaslığı azaldı. Dünən Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşeklə söhbətimiz oldu. O, mühüm islahatların uzunmüddətli proqrama daxil olduğunu bildirdi və Mərkəzi bankın bu proqramı icra edəcəyini qeyd etdi. Proqramın həssaslığı daha da azaldacağı və zamanla zamanla inflyasiyanın birbaşa azalması ilə nəticələnəyi, eləcə də artım modelini dəyişmək və artımı balanslaşdırmaq məqsədilə investisiyalar üçün mühit yaradacağı gözlənilir", - deyə o əlavə edib.

Kammer həmçinin BVF-in Türkiyədə mövcud islahatlar proqramını dəstəklədiyini bildirib və ölkə üçün heç bir yeni proqramı müzakirə etmədiyini əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti