...

Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə etdi

İqtisadiyyat Materials 22 Aprel 2024 17:34 (UTC +04:00)
Azərbaycan və Dünya Bankı birgə həyata keçiriləcək layihələri müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu.

Görüşdə DB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin, COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib

Xəbər lenti

Xəbər lenti