Bakı. Trend:
Azərbaycanın əsas sistem üstünlüyü proqnozlaşdırma və sabitlikdir.
Trend xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda daşınmaz əmlaka korporativ və özəl investisiyaların imkanlarına həsr olunmuş “SEA BREEZE İNVESTMENT FORUM” ikinci investisiya forumunda çıxışı zamanı deyib.
"Azərbaycanın əsas sistem üstünlüyü p və sabitlikdir. Bu baxımdan, ölkənin makroiqtisadi göstəriciləri gələcəyə inamla baxmağa imkan yaradır. Dövlət borcunun səviyyəsi çox aşağıdır, xarici borc ÜDM-in 8%-dən azdır. Ölkənin ehtiyatlarının həcmi təxminən ÜDM-in həcminə bərabərdir. Proqnozlaşdırılan valyuta və məzənnə siyasəti ölkədə və Cənubi Qafqaz regionunda sabitliyi təmin edir. Azərbaycan bütün qonşuları və tərəfdaşları ilə fəal qarşılıqlı fəaliyyət göstərir" - o bildirib.
(Tərcümə: Gülnarə Kərimova)