...

Şərqi Zəngəzurda ilk dəfə hərrac təşkil olunacaq

İqtisadiyyat Materials 3 İyun 2024 14:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq.

Bu barədə Trend-ə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşəbbüsü ilə keçiriləcək. Hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB Evindəki (Ziya Bünyadov prospekti, 38C) pəncərəsinə müraciət etməlidirlər.

Sənədlərin qəbulu iyunun 5-də başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti