...

Bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib olunması qaydaları təsdiqlənib

İqtisadiyyat Materials 7 Avqust 2024 09:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamələrin, həmçinin onların əlavələrinin formalarında və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:

Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi qaydası;

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun tərtib edilməsi qaydası;

ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti