Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 22,23,24 və 25 avqust tarixlərində əlavə reyslər təyin edir.
Trend bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, bundan əlavə, bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarımızla hər iki istiqamətdə səfər edə bilərsiniz.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
