...

Bakıda beynəlxalq logistika konfransı keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 18 Sentyabr 2024 17:18 (UTC +04:00)
Bakıda beynəlxalq logistika konfransı keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində " Qara dəniz-Xəzər logistika 2024: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransı keçirilib.

Trend xəbər verir ki, konfrans çərçivəsində əsas müzakirə mövzuları aşağıdakılardır:

- Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün yeni imkanlar,

- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit məkanı kimi potensialı,

- Qazaxıstan və Gürcüstan üzərindən tranzit, nəqliyyat marşrutunun həyati əhəmiyyəti,

- Türkiyənin logistika infrastrukturunun inkişafı,

- Qazaxıstan və Ukraynadan taxıl və yağ bitkilərin ixracı,

- gübrələrin idxalı: əsas tədarükçülər və marşrutlar,

- yük axınının artmasında konteynerləşdirmə faktoru,

- regiondakı dəniz limanlarının və terminalların inkişafı; yeni yüklərə uyğunlaşma,

- hüquqi məsələlərdə yeni tendensiyalar və risklərin sığortalanması.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov qeyd edib ki, Azərbaycan Dəmir Yolları (ADY) və Çin Avropaya dəmir yolu xidmətlərinin sayını artırmağı müzakirə edir.

"Bilirsiniz ki, son bir ildə Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin texniki xidmət məsələləri ilə məşğul olmuşuq. Biz əsas əməliyyat və təmir aspektlərinə fokuslanaraq, işləri başa çatdırdıq və 2024-cü ilin iyunundan etibarən fəaliyyət göstərən əsas əlaqə bərpa edilib. Bunun sayəsində xəttin ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib", – o qeyd edib.

Onun sözlərinə görə, indiki dövrdə BTQ Mərkəzi Asiya ölkələrindən Avropaya və ya Afrikaya yük daşımaları üçün ən qısa və ən rahat marşrutdur.

"Türkiyənin Azərbaycan və ya Mərkəzi Asiya regionu arasındakı əlaqələr baxımından bu, ən qısa quru marşrutdur ki, yalnız ənənəvi yük daşımaları deyil, eyni zamanda, kontinental dəmir yolu tədarükünü də mümkün edir. Həmçinin, biz çinli tərəfdaşlarımızla Avropaya dəmiryolu marşrutlarının sayını artırmağı müzakirə edirik ki, bu da Çinin Avropa bazarına çıxması üçün əlavə imkan yaradacaq", – o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti