...

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

İqtisadiyyat Materials 10 Oktyabr 2024 12:04 (UTC +04:00)
AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir. Aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Yeni xidmət sərnişinlərə uçuşa 48 saat qalmış www.azal.az saytında və ya aviaşirkətin mobil tətbiqində onlayn şəkildə qeydiyyatdan keçmək imkanı yaradır.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək olar.

Onlayn qeydiyyat sərnişinlərə oturacaq yeri seçmək və uçuşa gecikmə riskini minimuma endirmək imkanı kimi bir sıra üstünlüklər təklif edir.

Qeyd edək ki, AZAL oktyabrın 1-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imzanı tətbiq etməyə başlayıb. Bu yenilik də aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti