Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı, digər Hüquq Mühafizə Orqanlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə mübarizə (ƏL/TMM) tədbirləri” çərçivəsində təlim keçirilib.
Təlimdə çıxış edən “PAŞA Bank”ın komplayens üzrə baş direktoru
və ABA-nın komplayens ekspert qrupunun sədri Anar Kərimov “Milli
Fəaliyyət Planı”nın ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizədə səylərin gücləndirilməsi, ölkənin iqtisadi sistemindən
qeyri-leqal məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması
istiqamətində görülən tədbirlərin vacibliyi haqqında
danışıb.