Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 430,9 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,3 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.