Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 3507,9 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1324,1 min ton və ya 60,6% çoxdur.
2023-cü ildə ölkədə 2183,8 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsal edilmişdi.
Ötən ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 83,3 min ton təşkil edib. Bu isə bir il əvvələ nisbətən 15,2 min ton və ya 22,3% çoxdur.