...

İran və Azərbaycan Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi üzrə tam razılıq əldə ediblər - İranlı nazir

İqtisadiyyat Materials 22 Yanvar 2025 22:36 (UTC +04:00)
İran və Azərbaycan Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi üzrə tam razılıq əldə ediblər - İranlı nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran, Azərbaycan və Rusiya arasında ən önəmli dəhlizlərdən biri olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi üzrə tam razılıq əldə olunub.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasının yekunlarına dair anlaşma sənədinin imzalanması ilə əlaqədar tədbirdə deyib.

Onun sözlərinə görə, bu dəhlizdə Rəşt-Astara dəmiryolu təiynedici rola sahibdir.

"Bugünkü anlaşma sənədində İran, Azərbaycan və Rusiya arasında yükdaşıma sahəsində Azərbaycanın önəmli rola sahib olduğu vurğulanıb. Bu, Şimal-Cənub Nəqliyyat dəhlizinin təkmilləşməsinə kömək edəcək", - deyə o bildirib.

Qeyd edək ki, bu gen İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının yekunlarına dair iki ölkə arasında anlaşma sənədi imzalanıb.

Sənədi İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti