...

Tacikistanın MDB sədrliyi müddətində əsas diqqət sənaye sahəsində informasiya və təcrübə mübadiləsinə yönəldiləcək

İqtisadiyyat Materials 23 Yanvar 2025 12:26 (UTC +04:00)
Tacikistanın MDB sədrliyi müddətində əsas diqqət sənaye sahəsində informasiya və təcrübə mübadiləsinə yönəldiləcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanın MDB sədrliyi müddətində əsas diqqət sənaye sahəsində informasiya və təcrübə mübadiləsinə yönəldiləcək.

Trend xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə bildirib.

“Sənayeyə prioritet diqqət ayrılacaq. Bununla əlaqədar, mövcud istehsalat zəncirlərindən istifadə etməklə əsas diqqət məlumat və ən yaxşı təcrübələrin mübadiləsinə, iqtisadiyyatın real sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni texnogiyalar istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə, həmçinin istehsalat texnologiyalarının müasirləşdirilməsinə və istehsalat klasterlərinin fəaliyyəti üçün lazımı şəraitin yaradılmasına yönələcək. Bu ölçülər rəqabət qabiliyyəti olan və yüksək əlavə dəyərə malik elmtutumlu innovasiyaların istehsal həcmlərinin artırılması və ixracına, o cümlədən onların üçüncü dövlətlər ixracına hədəflənib", - deyə səfir bildirib.

O, MDB üzv dövlətlərinin Sənaye Kooperasiyasının İnkişafı Konsepsiyası və MDB ölkələrinin Sənaye Kooperasiyasının İnkişafı üzrə Tədbirlər Kompleksinin gerçəkləşdirmə prosesinin 2030-cu ilə qədər davam etdiriləcəyini vurğulayıb.

"Maşınqayırma və ağır sənaye sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə göstərilən səylər, bu sahələrin inkişafı üzrə əməkdaşlıq haqqında Sazişin MDB Hökumət Başçıları Şurası tərəfindən razılaşdırılması və qəbul edilməsinə yönəldiləcək", - deyə İ. Abdurahmon əlavə edib.

Xəbər lenti

Xəbər lenti