...

"Yaşıl" istiqrazlara abunə yazılışı davam edir (VİDEO)

İqtisadiyyat Materials 24 Yanvar 2025 14:00 (UTC +04:00)
"Yaşıl" istiqrazlara abunə yazılışı davam edir (VİDEO)

Bakı. Trend:

SOCAR-ın yeni "yaşıl" təyinatlı istiqrazlarına abunə yazılışı davam edir.

Bu istiqrazlar, 5 il dövriyyədə olacaq və sahiblərinə hər il sabit olaraq 6 faiz gəlir qazandıracaq. Kupon ödənişləri isə 3 aydan bir həyata keçiriləcək, bu da investorlar üçün müntəzəm gəlir axını təmin edir.

"Yaşıl" istiqrazları əldə etmək üçün son tarix fevralın 28-dir.

SOCAR, "Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı altında buraxdığı bu istiqrazlarla yalnız vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla kifayətlənmir, eyni zamanda ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını da dəstəkləmək niyyətindədir.

İstiqrazlardan əldə olunan vəsait, ölkəmizdə "yaşıl" enerji layihələrinə sərf ediləcək. Bu, Azərbaycanın "yaşıl" enerji sahəsindəki təşəbbüslərinə dəstək vermək məqsədini güdür.
“SOCAR Capital” şirkətindən bildirilib ki, bu istiqrazlar, yalnız maliyyə baxımından deyil, eyni zamanda ekoloji cəhətdən də müsbət təsir göstərəcək bir investisiya imkanıdır.

"Yaşıl" istiqrazları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, eləcə də ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

Ətraflı məlumat üçün 1999 çağrı mərkəzisocaristiqraz.az veb-saytına müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti