...

Maliyyə Nazirliyi Neft Fonduna idarəetməyə verdiyi vəsaitlərin məbləğini azaldıb

İqtisadiyyat Materials 28 Yanvar 2025 17:38 (UTC +04:00)
Maliyyə Nazirliyi Neft Fonduna idarəetməyə verdiyi vəsaitlərin məbləğini azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi tərəfindən Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verilən vəsaitin həcmi il ərzində azalıb.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, dövlət büdcəsinin vəsait ehtiyacı ilə bağlı qoyulmuş məbləğin böyük hissəsi geri qaytarılsa da, dövriyyənin böyük olması gəlirliliyi artırıb.

Bildirilib ki, maliyyə Nazirliyi tərəfindən Fonda idarəetməyə verilən vəsaitlərin gəlirlilik faizi ilin əvvəlindən 30 sentyabradək 4,4% təşkil edib.

“Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı 31.12.2023-cü il tarixinə 788,5 mln. ABŞ dolları olmuş, cari ildə dövlət büdcəsinin sərbəst qalıq vəsaitinin hesabına iki müqavilə olmaqla ümumilikdə 450,0 mln. ABŞ dolları, Təminat Fondunun vəsaiti üzrə isə iki müqavilə üzrə 657,0 mln. ABŞ dolları vəsait Fonda idarəetməyə yönəldilmiş, 1 387,0 mln. ABŞ dolları vəsait isə Fonddan geri qaytarılmışdır.

Ümumilikdə Fondun idarəetməsində 30.09.2024-cü il tarixə 467,7 mln. ABŞ dolları, o cümlədən 205,3 mln. ABŞ dolları sərbəst qalıq üzrə, 262,4 mln. ABŞ dolları Təminat Fondu üzrə vəsait mövcud olmuşdur. İlin əvvəlindən 30.09.2023-cü il tarixinə qədər 21,5 mln. ABŞ dolları həcmində faiz hesablanmışdır”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti