...

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

İqtisadiyyat Materials 5 Fevral 2025 16:00 (UTC +04:00)
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 fevral tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Qeyd edilir ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz:

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti