Bakı. Trend:
Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələr dərman vasitələri ilə təmin olunurlar.
Trend-in əldə etdiyi məlumata görə, ölkəyə növbəti dəfə bu qrup şəxslərin təminatı məqsədilə dərman vasitələri gətiriləcək.
Belə ki, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.
Məlumata görə, qurum sözügedən dərman vasitələrinin satın alınmasına 17,1 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar.