Zəngilan. Trend:
Son bir ildə ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin (EDM) sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə bu gün "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən brifinq zamanı məlumat verib.
O bildirib ki, Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb.
"Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və proqram təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib",- deyə o əlavə edib.