...

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olundu

İqtisadiyyat Materials 12 Fevral 2025 16:06 (UTC +04:00)
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olundu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, o, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.

Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti