Bakı. Trend:
Azərbaycanın xarici dövlət borcunun 41,7 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.
Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumat görə, xarici dövlət borcunun 58,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankının ehtiyatları - 71 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir. Cari ilin 1 yanvar vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları təşkil edib.