Bakı. Trend:
Ötən il Azərbaycanda 1 milyon 229 min ton Aİ-92 markalı benzin istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 268 min ton və ya 17,9% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan Aİ-92 markalı benzinin miqdarı 1 milyon 497 min ton olub.
Bununla yanaşı, ötən il Azərbaycanda 590 min ton aviasiya üçün ağ neft, 196 min ton kimya üçün benzin istehsal edilib ki, bunlar da müvafiq olaraq 28 min ton (4,5%) və 94 min ton (32,4%) azdır.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda istehsal edilən aviasiya üçün ağ neftin miqdarı 618 min ton, kimya üçün benzinin miqdarı isə 290 min ton təşkil edib.